"Danışıqlar müsbət nəticələnsə, "Neftçi"yə qayıdacam" - Folprext
Paylaş:
Keçən mövsüm icarə əsasında "Neftçi"də çıxış edən çexiyalı futbolçu Zdenek Folprext ölkəsinin mətbuatına müsahibə verib.
O, növbəti mövsüm Bakı klubunda, yoxsa müqavilə ilə məxsus olduğu "Slovan"da oynayacağının hələ dəqiqləşmədiyini bildirib:
"Neftçi" məni saxlamaq istəyir. Ancaq "Slovan"a pul ödəmək fikrində deyillər. Ümumiyyətlə, bu klub transferlərə böyük məbləğlər xərcləməyi düşünmür. Bu baxımdan ola bilsin, "Neftçi"yə qayıtmaylm. Ancaq danışıq gedir. Hələ ki gözləyirəm. Danışıqlar müsbət nəticələnsə, "Neftçi"yə qayıdacam. Hazırda "Slovan"a daha yaxın görünürəm".
Folprext "Neftçi"nin heyətində 15 oyun keçirib və 1 qolla yadda qalıb.
| Paylaş: