')

Bu gün:


FutbolPress.Az | Çempion komandada "Qarabağ"lıların hegemonluğu

Çempion komandada "Qarabağ"lıların hegemonluğu


oxunma sayı: 553 Paylaş:

FutbolPressAzərbaycan U-23 yığması İslam Oyunlarının qalibi adını qazanıb. Yaşar Vahabzadənin baş məşqçisi olduğu komanda finalda Omandan olan həmyaşıdlarına qalib gələrək (2:1), qızıl medallara sahib çıxıb.

Yığmamız bu yarışda maraqlı statistika ilə yadda qalıb. Komandanın bütün qollarına iki klubun oyunçuları imza atıblar. Söhbət “Qarabağ” və “Neftçi”dən gedir.

Qrup mərhələsində Səudiyyə Ərəbistanı yığmasına 2:0 hesabı ilə qalib gəldiyimiz matçda Ağdam klubunun oyunçuları - Elşən Abdullayevlə Ağabala Ramazanov rəqib qapısına yol tapmışdı. Eyni hesabla Əlcəzairi məğlub etdiyimiz yarımfinal qarşılaşamsında isə “Neftçi”lilər - Ruslan Abışovla Məqsəd İsayev fərqlənmişdi.

Dünən baş tutan final matçında yenidən “Qarabağ”ın üzvü səhnəyə çıxıb. Komandamızın hər iki qoluna Mahir Mədətov imza atıb. O, bununla U-23-ün yarışdakı ən yaxşı bombardiri adını da qazanıb.

Omanla görüş millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin uğurlu seriyasının qırılması ilə yadda qalıb. 4 matçda qol buraxmayan 23 yaşlı oyunçunun “quru” seriyası 416 dəqiqə çəkib. Ona bu yarışların mütləq rekorduna şərik olmağa 15 dəqiqə çatmayıb.

Omanla görüş millinin qarşılıqlı qollarla yadda qalan, həm də “bolşe” gələn ilk matçı olub. Əvvəlki görüşlərin 2-si 2:0, digər 2-si 0:0 hesabı ilə başa çatmışdı.

Heyətdəki 23 futbolçudan 6-sı heç bir oyunda meydana çıxmayıb. Söhbət Yusif Nəbiyev, Tərlan Əhmədli, Fəhmid Muradbəyli, Emil Balayev, Elnur Cəfərov və Azad Kərimovdan gedir. Şahruddin Məhəmmədəliyev, Sadiq Quliyev, Ruslan Abışov, Rəşad Sadiqov, Ağabala Ramazanov, Azər Salahlı, Mahir Mədətov, Elşən Abdullayev və Coşqun Diniyev isə Yaşar Vahabzadənin ən sevimli oyunçuları olublar. Onlar bütün qarşılaşmalarda 90 dəqiqə oynayıblar.

Burda da "Qarabağ"ın hegemonluğu nəzərə çarpır. Əsas millidə olduğu kimi U-23-ün də heyətinin özəyini "atlılar" təşkil edir. Bütün oyunlarda meydanda olan 9 futbolçudan 5-i məhz Ağdam klubunun üzvləridir.


oxunma sayı: 553 | Paylaş:





?>