Nəsirovun komandası mövsümü heç-heçə ilə bitirdi
Paylaş:
Portuqaliya Sequndasında 2016/17 mövsümünə yekun vurulub.
Azərbaycan U-21 millisinin üzvü Budaq Nəsirovun formasının geyindiyi "Sportinq"in B komandası sonuncu - 42-ci tur çərçivəsində səfər matçına çıxıb. Lissabon təmsilçisi "Braqa"nın B komandasının qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Budaq Nəsirov bu matçın iştirakçısı olmayıb. O, sarı vərəqə limitini doldurduğu üçün adı oyunun iştirak ərizəsinə daxil edilməyib.
"Sportinq" mövsümü 55 xalla 22 komanda arasında 14-cü pillədə başa vurub.
| Paylaş: