')

Bu gün:


FutbolPress.Az | Yaşar Vahabzadə: "Millimiz daha böyük uğurlar qazanacaq"

Yaşar Vahabzadə: "Millimiz daha böyük uğurlar qazanacaq"


oxunma sayı: 248 Paylaş:

FutbolPressBu gün IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları çərçivəsində final görüşü keçirilib. Fnalda Omanı 2:1 hesabı ilə məğlub edən Azərbaycan yığması qızıl medallara sahib çıxıb.

Matçdan sonra keçirilən mətbuat konfransında yığmanın baş məşqçisi Yaşar Vahabzadə jurnalistlərin suallarını cavablandırıb:

"İlk hissədə 2 qol vurduqdan sonra futbolçularda arxayınlıq yarandı. Amma özlərini toparlamağı bacardı. Komanda bilirdi ki, qalib gəlmək lazımdır. Sağ olsunlar, qalib gəlib, qızıl medalı qazandılar".

- Rəqib fərqi azaltdıqdan sonra qorxmadınız ki?
- Bir az həyəcan var idi, amma futbolçular nə etdiyini bilirdilər. Əsas odur ki, qalib gəldik.

- Bu qızıl medalları Azərbaycan millisinin ən böyük uğuru adlandırmaq olarmı?
- Düşünürəm ki, millimiz bundan daha böyük uğurlar əldə edəcək.

- Futbolçular bəzən deyinirlər, sərt olurlar. Komandada nizam-intizam nə yerdədir?
- Bəzən tapşırıqları yerinə yetirməyəndə istər-istəməz əsəbi olurlar. Ümumilikdə nizam-intizam qaydasındadır.

- Yarışın səviyyəsi sizi qane etdimi?
- Əlbəttə! Çox gözəl təşkil edilmişdi.

- Bu turnirdə komandamızın ən yaxşı oyunçusu kimi hesab edirsiniz?
- Futbol kollektiv oyundur. Burada kimisə çox fərqləndirmək düzgün olmaz. Komandada istək var idi, əzmkarlıq nümayiş etdirirdilər. Kimisə fərqləndirmək istəmirəm.

- Komandada nədən narazısız?
- Futbolçular öz aralarında əlaqəni düzgün qura bilmirdilər. Bir çox futbolçumuz komandaya gec qoşuldu. Bu səbəbdən bir az problem oldu.


oxunma sayı: 248 | Paylaş:




?>