Premyer Liqada növbəti mövsümün başlama tarixi
Paylaş:
Azərbeycan Premyer Liqasında növbəti mövsümün başlama tarixi məlumdur. Çempionat avqustun ikinci həftəsonunda başlayacaq.
Bu barədə "FutbolPress"ə açıqlamasında PFL-in Texniki Departamentinin rəisi Zamiq Hüseynov məlumat verdi:
“2017/18 futbol mövsümünün başlanma tarixi demək olar ki, dəqiqləşib. Bu, avqust ayının ikinci həftəsonuna planlaşdırılır (təxminən 12-13 avqust – red.). Mövsümün sonu da mayın 19-21-i aralığında baş tutacaq. Bu barədə klublara məlumat vermişik ki, onlar hazırlıq planlarını düzgün qura bilsinlər”.
| Paylaş: