Azərbaycan İslam Oyunlarında ilk qızıl medalı qazandı
Paylaş:
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ilk qızıl medalı qazanıb.
Kişilər arasında tapançadan 25 metr məsafəyə mərkəzə atış yarışında Ruslan Lunyov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda üst-üstə 581 xal toplayıb. Türkiyəli Yusuf Dikeç gümüş, pakistanlı Muhammad Xalil Axtar bürünc medal əldə edib.
| Paylaş: