')

Bu gün:


FutbolPress.Az | "Qələbəni komanda halında qazandıq" - Kiril Pozdnyakov

"Qələbəni komanda halında qazandıq" - Kiril Pozdnyakov


oxunma sayı: 360 Paylaş:

FutbolPress“Tour d’Azerbaidjan-2017” veloturuna yekun vurulub. Sonuncu - beşinci mərhələdə velosipedçilər Bakı-Abşeron-Bakı marşrutu üzrə hərəkət edərək 158 kilometr məsafə qət edib Azadlıq meydanındakı finiş xəttinə çatıblar.

Ümumilikdə veloturun qalibi olan Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov mükafatlandırmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə qələbəsini şərh edib:

"Bu qələbənin mahiyyəti mənim üçün çox böyükdür. Azərbaycan mənim vətənimdir və burada qələbə qazanmaq da çox sevindiricidir. Qələbə də tək halda əldə olunmur, biz bunu komanda halında qazanırıq".

- İsmayıllıda uzun ara məsafəsi ilə qalib gəlmək bu uğurunuzda nə dərəcədə rol oynadı?
- Düz deyirsiniz, İsmayıllı mərhələsində böyük fərqlə qalib gəldim. Bu qələbənin sonda mənə çox köməyi oldu.

- 2013-cü ildə Çində keçirilən yarışda pis nəticə əldə etmişdin. Lakin bu gün “Tour d’Azerbaidjan-2017”nin qalib oldun. Bu qələbə növbəti çıxışına necə təsir edəcək? 
- Düzdü, Çində keçirilən yarışda bir o qədər də yaxşı çıxış etməmişdim. Çox çətin yarış idi. Amma bu dəfə çempion kimi yarışacam.

- Komanda və fərdi olaraq bundan sonrakı planın nədir?
- Yaxın gələcəkdə Sloveniyada, sonra isə Slovakiyada yarış olacaq. Çalışacağıq ki, orada da yaxşı nəticə qazanaq.


oxunma sayı: 360 | Paylaş:




?>