')

Bu gün:


FutbolPress.Az | Azərbaycan velosipedçisi “Tour d’Azerbaidjan”ın qalibi oldu

Azərbaycan velosipedçisi “Tour d’Azerbaidjan”ın qalibi oldu


oxunma sayı: 258 Paylaş:

FutbolPressBu gün “Tour d’Azerbaidjan-2017” veloturunun sonuncu - beşinci mərhələsinə yekun vurulub.

Mərhələdə velosipedçilər Bakı-Abşeron-Bakı marşrutu üzrə hərəkət edərək 158 kilometr qət edib Azadlıq meydanındakı finiş xəttinə çatıblar.

Bu mərhələdə finiş xəttini ilk keçən İsrailin "İsrael Cycling Academy" komandasının üzvü Neilands Krists olub. Ümumilikdə veloturun qalibi isə Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov olub.

Yarışda 18 ölkədən 22 komanda mübarizə aparıb. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.


oxunma sayı: 258 | Paylaş:




?>