')

Bu gün:


FutbolPress.Az | Kiril Pozdnyakov: "Bunu sabah biləcəyik"

Kiril Pozdnyakov: "Bunu sabah biləcəyik"


oxunma sayı: 211 Paylaş:

FutbolPress“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə yekun vurulub.

Baş tutan 4 mərhələdən sonra "Synergy Baku" komandasının üzvü Kiril Pozdnyakov  ümumi təsnifatda liderlik edir. O, mərhələ başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

"Komandam dünən olduğu kimi bu gün də mənim qələbəm üçün əlindən gələni etdi. İlk kilometrlərdən dəstəklərini göstərdilər".

- Sabah sonuncu mərhələdi. Liderliyini qoruya biləcəksən?
- Velosiped idman növünd əvvəlcədən nəyisə planlaşdırmaq olmur. Bunu sabah biləcəyik. Ümid edirəm ki, bəxtimiz gətirəcək və sevinən tərəf biz olacağıq.

- Ağsu aşırımı sizin üçün çətinlik yaratmadı?
- Təbii ki, çox maraqlı marşurutdu. Oranın gözəl təbiəti var.


oxunma sayı: 211 | Paylaş:




?>