')

Bu gün:


FutbolPress.Az | "Sutkanın 24 saatı komandadan qələbə gözləyirəm" - Sahib Ələkbərov

"Sutkanın 24 saatı komandadan qələbə gözləyirəm" - Sahib Ələkbərov


oxunma sayı: 364 Paylaş:

FutbolPress

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun ikinci mərhələsi keçirilib. Velosipedçilər Şıxovdan start götürərək 187 kilometr məsafə qət edib İsmayıllıya çatıblar. Bu mərhələdə finiş xəttini ilk keçən Azərbaycanı təmsil edən “Synergy Baku” komandasının üzvü Kiril Pozdnyakov olub.
 
Mükafatlandırmadan sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov jurnalistlərin suallarını cavablandırıb:
 
"Əvvəla qeyd etmək istəyirəm ki, yarışın bu mərhələsi də əvvəlki kimi uğurla başa çatdı. Ən başlıcası, kifayət qədər uzun – 187 kilometr məsafədə və dağlıq mərhələlərin çox olduğu bir etapda idmançıların hamısı sağ-salamat finişə çatdı, heç bir problemlə üzləşmədik". 
 
Qaliblərə gəldikdə isə… Yəqin güclü idilər, ona görə də qalib gəldilər. Federasiya olaraq, bizim üçün yaxşı haldır ki, gənc idmançımız Kiril Pozdnyakov bu dəfə özünü çox yaxşı göstərdi. Həm lider maykasına sahib çıxdı, həm də digər mükafatları qazandı. Düşünrəm ki, bu hələ başlanğıcdır və gələcəkdə belə mükafatlar çox olacaq. Fürsətdən istifadə edərək, yarışın belə yüksək səviyyədə keçirilməsi üçün əməyi olan hər kəsə təşəkkür edirəm. 
 
- Ötən il bu mərhələdə Maksim Averin qalib gəlmişdi, bu dəfə də Kiril Pozdnyakov. Demək olarmı ki, İsmayıllı mərhələsi “Synergy Baku” üçün düşərlidir?
- Belə də demək olar. Amma mən hesab edirəm ki, hər bir mərhələ bizim üçün düşərlidir. Velosipedçilərimiz bu yarışa xüsusi hazırlaşırdılar. Çünki bu, gənclərdən ibarət komandadı. Özlərini göstərmək üçün əllərindən gələni edirdilər. Amma mərhələ də ağır idi. Digər tərəfdən, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində belə qələbə qazanmağımız xüsusi əhəmiyyət kəsb edir. Bu yarış dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir. Xüsusi qeyd etmək istəyirəm ki, axşam “Eurosport”un saytında maraqlı məqalə qoyulmuşdu. Həmin yazıda da görürük ki, “Tour d’Azerbaidjan”a maraq kifayət qədər böyükdür. Düşünürəm ki, siz də bu işdə böyük işlər görürsünüz və sizə də təşəkkür edirəm. 
 
- Ümumiyyətlə komandamızdan belə qələbə gözləyirdiniz?
- Mən qələbəni həmişə gözləyirəm: gecə də, gündüz də, sutkada 24 saat… Bunun üçün də hər birimiz çalışırıq. Amma bir mərhələdə belə olmağı bizim üçün qürurvericidir.    


oxunma sayı: 364 | Paylaş:




?>