')

Bu gün:


FutbolPress.Az | Kiril Poznyakov: "Liderlik maykasını qorumağa çalışacam"

Kiril Poznyakov: "Liderlik maykasını qorumağa çalışacam"


oxunma sayı: 178 Paylaş:

FutbolPressBu gün "Tour d`Azerbaidjan"ın ikinci mərhələsi baş tutub.

Bakıda start götürüb İsmayıllı Mədəniyyət Mərkəzinin qarşısında sona çatan mərhələnin qalibi Azrbaycanı təmsil edən "Snergy Baku"nun üzvü Kiril Poznyakov olub və o, mavi rəngli "Synergy" köynəyinə yiələnib.

Qalib mükafatlandırma mərasimindən sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

"Hər şey çox gözəl idi. Sevinirəm ki, qalib gəldim. Son 20 kilometr daha çətin və maraqlı keçdi".

- Dağ mərhələsindən sonra liderlər qrupundan ayrıldın. Buna necə nail oldun?
- Bu çox vacib mərhələ idi. Ona görə də qalib gəlmək üçün əlimdən gələni etdim. Əvvəlcədən planlaşdırmışdım ki, qrupla birgə hərəkət edim və sona yaxın liderliyi ələ alım.

- Liderlik maykasını qoruya biləcəksən?
-Təbii ki, bunu qorumağa çalışacam. Yarışa qələbə üçün qatılmışıq. Əlimizdən gələn hər şeyi edəcəyik.

-Mərhələnin qalibi oldun. Bundan sonrakı mərhələlər haqda nə düşünürsən?
-Taktikamız dəyişməyəcək. Məqsədimiz ümumi yarışda qalib gəlməkdi. Taktikamıza sadiq qalacağıq.

- Son üç mərhələnin hansına özünü şanslı görürsən?
- Yaxşı nəticə əldə etməyə çalışacam. 4-cü mərhələdə özümü daha şanslı hesab edirəm.


oxunma sayı: 178 | Paylaş:




?>