')

Bu gün:


FutbolPress.Az | “Tour d’Azerbaidjan-2017”: İkinci mərhələni Azərbaycan idmançısı qazandı

“Tour d’Azerbaidjan-2017”: İkinci mərhələni Azərbaycan idmançısı qazandı


oxunma sayı: 312 Paylaş:

FutbolPressBu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun ikinci mərhələsi keçirilib. Velosipedçilər Şıxovdan start götürərək 187 kilometr məsafə qət edərək İsmayıllıya çatıblar.

Finiş xəttini ilk olaraq Azərbaycanı təmsil edən “Synergy Baku” komandasının üzvü Kiril Pozdnyakov keçib.

İştirakçılar üçüncü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər.


oxunma sayı: 312 | Paylaş:




?>