')

Bu gün:


FutbolPress.Az | Taekvondo yığması Afinadan 8 medalla qayıdır

Taekvondo yığması Afinadan 8 medalla qayıdır


oxunma sayı: 237 Paylaş:

FutbolPressYunanıstanın paytaxtı Afina şəhərində keçirilən “DTF Prezident Kuboku” yarışına yekun vurulub. Yarışın son iki günü Azərbaycan taekvondoçuları komandanın aktivinə 1 qızıl, 2 gümüş və 1 bürünc, ümumilikdə 4 medal əlavə edib.

Yeniyetmələr arasında -41 kq çəki dərəcəsində yarışa qatılan Ofeliya Allahverdiyeva rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Böyüklərdən ibarət yığma komandamızın üzvü Qaşım Maqomedov (-54 kq) və Radik İsaev (+87 kq) finala vəsiqə qazansalar da, həlledici döyüşdən məğlub ayrılaraq gümüş medala layiq görülüblər. Sina Bahrami (-68 kq) isə yarışı yarmfinal mərhələsində başa vurub.

Beləliklə, 51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi sayca ikinci olan G2 kateqoriyalı “DTF Prezident Kuboku” yarışında millimizin idmançıları uğurlu çıxış edərək  2 qızıl, 2 gümüş və 4 bürünc, ümumilikdə 8 medala sahib olublar. Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olurlar.


oxunma sayı: 237 | Paylaş:




?>