')

Bu gün:


FutbolPress.Az | 6-cı mövsümdə vurulan yubiley qolu

6-cı mövsümdə vurulan yubiley qolu


oxunma sayı: 289 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVIII turunun “Qəbələ” ilə oyununda hesabı açan Amil Yunanov “Sumqayıt”in tarixinə düşüb. O, komandasının ev oyunlarında 100-cü qolunun müəllifi olub. Bu matçadək sumqayıtlılar öz meydanında 99 dəfə fərqlənmişdi. “Qəbələ”ni 2:1 hesabı ilə yenən Samir Abasovun yetirmələri bu rəqəmi 101-ə çatdırıb.

“Gənclik şəhəri” təmsilçisi bu qolları 98 matçda vurub. 32 qələbə, 28 heç-heçə və 38 məğlubiyyəti olan “Sumqayıt” evdə 114 top buraxıb.

“Sumqayıt” 2011/12 mövsümündən Premyer Liqada mübarizə aparır və 100-cü qolunu 6-cı mövsümündə vurub.


oxunma sayı: 289 | Paylaş:




?>