')

Bu gün:


FutbolPress.Az | Son periodun ən yaxşısı: “Kəpəz”

Son periodun ən yaxşısı: “Kəpəz”


oxunma sayı: 544 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında IV dövrənin ən yaxşı komandası müəyyənləşib. Bu, “Kəpəz” olub.

Gəncə klubu dövrə ərzində keçirdiyi 7 oyunun 6-da qalib gəlib, yalnız 1-də məğlub olub. 18 xal qazanan Şahin Diniyevin komandasının bu göstəricisi ümumi mövsüm ərzində toplanan xalın yarısı demək olub. Son dövrəyə 7-ci pillədə başlayan “sarı-göylər” uğurlu göstəricilər nəticəsində avrokubok zonasına qədər yüksəlməyi bacarıb, ancaq əsas rəqib “Zirə”nin də yaxşı çıxışı 4-cü pilləni əlçatmaz edib.

“Kəpəz” IV dövrədə müdafiəsinə görə də seçilib. Komanda qapısında yalnız 3 qol görüb ki, bu da çempion – Qarabağla eyni göstərici olub. Bu baxımdan “üçlüy”ü “Zirə” qapayıb – 4 qol.

Şahin Diniyevin komandası məhsuldarlığa görə də seçilib. 10 dəfə fərqlənən gəncəlilərin göstəricisi “Qarabağ”la eyni olub. "Kəpəz" dövrədə yeganə yenilgini də məhz “atlılar”la səfər oyununda alıb -1:2.

Ağdam klubu son periodun yeganə məğlubiyətsiz komandası olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 5 qələbə, 2 heç-heçəyə imza atıb.

“Süvarilər”in çempionluq yarışında əsas rəqibi “Qəbələ” isə dövrənin ən zəif ikinci komandası olub. “Qırmızı-qaralar”ın göstəricisi 1 qələbə, 3 heç-heçə və 3 məğlubiyyətlə ifadə edilib. Uğursuzluqların bəziləri formal xarakterli görüşlərə təsadüf etsə də, “Neftçi” ilə “Kəpəz”ə məğlubiyyətlər (0:1, 0:2), AZAL və “Zirə” ilə görüşlərdəki xal itkiləri (1:1, 1:1) komandanın sonda çempionluq yarışında uduzmasının əsas səbəbləri olub.

Dövrənin ən bərbad hücum və müdafiəsi isə autsayder AZAL-da qeydə alınıb. Cəmi 1 xal qazanmağı bacaran “təyyarəçilər” buraxdıqları 15 qola, 4-ü ilə cavab veriblər.


 

1 Kəpəz 7 6 0 1 10-3 18
2 Qarabağ 7 5 2 0 10-3 17
3 Zirə 7 2 4 1 9-4 10
4 Sumqayıt 7 3 1 3 8-7 10
5 Neftçi 7 3 0 4 8-10 9
6 İnter 7 2 1 4 8-12 7
7 Qəbələ 7 1 3 3 7-10 6
8 AZAL 7 0 1 6 4-15 1


oxunma sayı: 544 | Paylaş:




?>