')

Bu gün:


FutbolPress.Az | Şəhriyar Məmmədyarov hamıdan güclü oldu

Şəhriyar Məmmədyarov hamıdan güclü oldu


oxunma sayı: 337 Paylaş:

FutbolPressVüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess-2017” turniri başa çatıb. Son partiyada Veselin Topalovla xalları yarı bölən Şəhriyar Məmmədyarov 5,5 xalla turnirin qalibi olub.

Mükafatçılar sırasına düşmək uğrunda gedən gərgin mübarizə nəticəsində 3 şahmatçı 5 xal toplayıb. Son anda Pavel Elyanovu qara fiqurlarla məğlub edən Vladimir Kramnik daha yüksək əmsal hesabına 2-ci yerin sahibi olub. Rusiya şahmatçısı ilə eyni xal toplayan Uesli So 3-cü, Veselin Topalov isə 4-cülüklə kifayətlənib.

Digər təmsilçimiz Teymur Rəcəbov isə yalnız 8-ci olmağı bacarıb.

IX tur

P.Elyanov - V.Kramnik 0:1
M.Adams – R.Voytaşek 1/2:1/2
P.Harikrişna – U.So 1/2:1/2
Ş.Məmmədyarov – V.Topalov 1/2:1/2
T.Rəcəbov – S.Karyakin 1/2:1/2



Turnir cədvəli

1. Məmmədyarov 5,5
2. Kramnik          5
3. So                  5
4. Topalov           5
5. Karyakin        4,5
6. Voytaşek       4,5
7. Adams          4,5
8. Rəcəbov        4
9. Elyanov        3,5
10. Harikrişna    3,5


oxunma sayı: 337 | Paylaş:




?>