')

Bu gün:


FutbolPress.Az | "Ozobiçin 11 qolla bombardir olmasını istəməzdim" - Qriqorçuk

"Ozobiçin 11 qolla bombardir olmasını istəməzdim" - Qriqorçuk


oxunma sayı: 351 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Turnir cədvəli baxımından oyunun əhəmiyyət kəsb etməməsi çox yaxşı oldu. Çünki mövsüm ərzində az oynayan futbolçulara şans verdik. Bu oyun onlar barədə məlumat əldə etmək baxımından çox faydalı oldu. Məlumat da oyunçular barədə fərqli alındı. Bunun üçün çox sevinirəm. Biz futbolçumuzun, Filip Ozobiçin bombardir olması deyil, komanda haqda düşünürdük. Həm də hücumçunun 11 qolla bombardir olması çox pis göstəricidir. Oyunçumuzun belə göstərici ilə bombardir olmasını istəməzdim. Mövsümün əvvəlki 27 matçı ilə bağlı statistika hesablamışam. Vurduğumuz qollardan başqa 142 real, 100 faizliyə yaxın qol imkanlarını qaçırmışıq. Hər futbolçu üzrə bu rəqəmlərin də neçə olduğunu bilirəm. Ozobiç öz imkanlarının ən azı yarısı və ya heç olmasa 1/3-dən yararlansaydı, bombardirliyi samballı rəqəmlərlə ifadə olunardı”.


oxunma sayı: 351 | Paylaş:




?>