')

Bu gün:


FutbolPress.Az | Tərlan Əhmədov: "2-3 klubdan təklifim var"

Tərlan Əhmədov: "2-3 klubdan təklifim var"


oxunma sayı: 377 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 28-ci turunda evdə “Zirə”yə uduzan (0:3) AZAL-ın baş məşqçisi Tərlan Əhmədov matçdan sonra fikirlərini bildirib.

O. yaxın gələcəkdə klubdan ayrılacağını deyib:

“Sonuncu yer xoş deyil. Amma bizdən asılı olmayan səbəblər var. Böyük uğurlar istəyirsənsə, maliyyə şərtləri yaxşı olmalıdı. Vəziyyətimizin pis olduğunu bilirdim. Hər məğlubiyyət baş məşqçi ilə bağlıdı. Gələcəyə ümidlə baxıram. 99,9 faiz bu komandadan gedəcəm. Komandanın taleyinə bu həftə aydınlıq gələcək. 2 ildi “yaxşı olacaq” sözü deyilirdi. Həyat davam edir. Son 2 il futbol karyeramda böyük dərs oldu. Nəyi düz, nəyi səhv etdiyimi anladım. AZAL elitada qalsa belə, maliyyə vəziyyəti düzəlməsə, gedəcəm. 2-3 klubdan təklifim var, yaxın günlərdə biləcəksiz”.


oxunma sayı: 377 | Paylaş:




?>