"Dmitri Nazarov bizim üçün çox vacib oyunçudur"
Paylaş:
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue"Almaniya II Bundesliqasının 31-ci turunda "Vürsburger"lə qarşılaşacaq.
Nazarov və onun 2 komanda yoldaşı - Paskal Kopklə Kristan Tiffert bu oyunda cəzalı duruma düşə bilər. Məsələ burasındadır ki, hər 3 futbolçunun 2 sarı vərəqəsi var.
Qarşıdan gələn oyun haqda danışan komandanın baş məşqçisi Domeniko Tedesko aparıcı futbolçuların cəzalı durmua düşməsindən ehtiyat etdiyini deyib:
"Taktika fanatı deyiləm. Oyunçular məsuliyyətli dərk edir. Ehiyatlı davranmağa məcburdular. Tiffert, Kopk və Nazarov hazırda bizim üçün çox vacib oyunçulardır".
"Aue" 18 komanda arasında 16-cı pillədə qərarlaşıb və aşağı liqaya düşməmək uğrunda mübarizə aparır.
| Paylaş: