')

Bu gün:


FutbolPress.Az | "Bursaspor"un Prosineçki israrının səbəbi

"Bursaspor"un Prosineçki israrının səbəbi


oxunma sayı: 289 Paylaş:

FutbolPressAzərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin yığmanı tərk edib, Türkiyənin "Bursaspor" klubuna gedəcəyi barədə yeni iddialar yayılıb.

Bildirilib ki, yayda xorvatiyalı çalışdırıcı Bursa təmsilçisinin "sükanı arxası"na keçəcək. Ancaq Türkiyə klubu Prosineçkinin AFFA ilə müqavilə müddətindən xəbərsizdir. Onlar anlaşmanın iyunda başa çatacağını düşünürlər. Əslində isə müqavilə 2017-ci ilin sonunadək nəzərdə tutulub.

"Bursaspor"un prezidenti Ali Ayın bu məsələdə belə israr etməsinin əsas səbəbinin də bu olduğu bildirilir. Prosineçkinin adının "Valensiya" ilə hallanması indidən türkləri hərəkətə keçirib. Onlar qışda müqavilə müddətinə görə Azərbaycan millisindən ayrılmayan çalışdırıcının yayda sərbəst qalmasından istifadə etmək niyətindədilər.

Ancaq Prosineçki AFFA ilə 2014-cü il dekabrın 3-də 3 illik müqavilə bağlayıb və yanvar ayında "Bursaspor"la bağlı xəbərlərin ilk dalğası yayılanda AFFA-dan rsmi açıqlama gəlmişdi ki, 48 yaşlı mütəxəssis sövdələşmə müddətinin sonunadək millidə qalacaq.


oxunma sayı: 289 | Paylaş:




?>