Ziya Əzizov yenə 90 dəqiqə oynadı
Paylaş:
Hollandiya I Divizionunda (Jupiler Liqa) 37-ci turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi "Den Boş" səfərdə "Yonq Utrext"in qonağı olub. Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Ziya bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
"Den Boş" 37 turdan sonra aktivində olan 42 xalla 20 komanda arasında 14-cü pillədə yer alıb.
| Paylaş: