Yenə Prosineçki, yenə "Bursaspor" iddiası...
Paylaş:
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin yığmanı tərk edəcəyi ilə bağlı növbəti iddia ortaya atılıb. Bildirilib ki, o, Türkiyənin "Bursaspor" klubunu çalışdıracaq.
Belə iddia ilə qonşu ölkənin "Fanatik" qəzeti çıxış edib. Türkiyəli həmkarlarımızın yazdığına görə, artıq tərəflər arasında razılıq əldə edilib və xorvatiyalı mütəxəssis növbəti mövsümdən etibarən Bursa təmsilçisini çalışdıracaq.
Bu Prosineçki ilə bağlı ilk belə xəbər deyil. Yanvar ayında "Bursaspor" Prosineçkini baş məşqçi vəsəfəsinə gətirmək istəsə də, o, müqaviləsinin sonuna qədər millimizi tərk etməyəcəyini bildirmişdi. Bir neçə gün əvvəl isə 48 yaşlı məşqçinin İspaniyanın "Valensiya" klubuna keçəcəyi yazılırdı.
| Paylaş: