')

Bu gün:


FutbolPress.Az | Mövsümün ən məhsuldar ikinci turu

Mövsümün ən məhsuldar ikinci turu


oxunma sayı: 175 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVII turu məhsuldarlığı ilə diqqət çəkib. İki gün davam edən turun 4 qarşılaşmasında 17 qol vurulub. Orta məhsuldarlığın 4,25 olduğu turda mövsümün ikinci göstəricisi qeydə alınıb. Mütləq rekord isə ötən il sentyabrın 9-11-də keçirilən IV turda yaşanıb. Həmin vaxt 4 matçda 19 qol, orta hesabla 4,75 top vurulub.

Meydan sahiblərinin 9, qonaqların 8 top vurduğu XXVII tur məhsuldarlıqda geri qaldığı 7 ay əvvəlki oyunları bir məqamda geridə qoyub. IV turda 8 komandanın heç də hamısı fərqlənməmişdisə, bu dəfə bütün komandalar qol sevinci yaşayıb. “Qarabağ” – “Sumqayıt” (2:1), AZAL – “Kəpəz” (1:2), “Zirə” – “Neftçi” (2:2) və “Qəbələ” – “İnter” (4:3) qarşılaşmalarında meydana çıxan bütün komandalar qol vura bilib. Mövsümün arxada qalan hissəsində yalnız bir dəfə belə hal yaşanmışdı. Bu, bütün komandaların fərqləndiyi XV turda baş verib.


oxunma sayı: 175 | Paylaş:




?>