')

Bu gün:


FutbolPress.Az | I Divizionda hakim özbaşınalığı

I Divizionda hakim özbaşınalığı


oxunma sayı: 201 Paylaş:

FutbolPressBu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra I Divizionun 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Səbail” – “Şəmkir” matçında “Səbail”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Energetik” – “Bakılı” matçında “Energetik”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Energetik”in futbolçusu Elçin Qasımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Ravil Məhəmmədov rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 160 manat cərimə olunub.  Oyunun 61-ci dəqiqəsində oyun əsassız olaraq hakim tərəfindən dayandırılıb və 15 dəqiqə fasilədən sonra yenidən bərpa olunub. Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi oyunun hakimi və hakim inspektoru haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsınlar.


oxunma sayı: 201 | Paylaş:




?>