')

Bu gün:


FutbolPress.Az | "Neftçi" məşqçilər heyətini cərimələyəcək

"Neftçi" məşqçilər heyətini cərimələyəcək


oxunma sayı: 208 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin bu gün keçirilmiş iclasında Azərbaycan Premyer Liqasının 27-ci turunun "Zirə” – "Neftçi” oyununda (2:2) qonaq komandaya texniki məğlubiyyət (0:3) verilməsi haqqında qərar qəbul edilib.

Oyunun 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Huqo Barqasın daxil olması ilə legioner limitinin pozulması buna səbəb olub.

"Neftçi" bununla bağlı açıqlama yayıb:

"Neftçi” PFK olaraq AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşırıq və buna etirazımız yoxdu. Təəssüf ki, legioner limiti olan çempionatlarda bəzən bu cür səhvlər olur. Bu səhvə görə əsas komandanın məşqçilər heyəti cərimələnəcək".


oxunma sayı: 208 | Paylaş:




?>