')

Bu gün:


FutbolPress.Az | "Neftçi"yə texniki məğlubiyyət verildi

"Neftçi"yə texniki məğlubiyyət verildi


oxunma sayı: 114 Paylaş:

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Premyer Liqanın XXVII turunda keçirilən oyunlarda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Zirə” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyunun 68 - ci dəqiqəsində “Neftçi” klubunun heyətində əvəzetmə zamanı limit pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

“Qarabağ” – “Sumqayıt” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.


oxunma sayı: 114 | Paylaş:




?>