Şekspir: "Lester" liderlərini göndərmək istəmir"
Paylaş:
Ötən il İngiltərə Premyer Liqasının çempionu olmaqla bütün dünyada nəzərləri özünə çəkən "Lester"in cari mövsümkü nəticələri o qədər də yaxşı deyil. 32 turdan sonra 15-ci yerdə qərarlaşan "tülkülər" haqda müxtəlif xəbərlər dolaşmaqdadı. Onların arasında ən aktualı isə əsas oyunçuların mövsüm sonunda düşərgəni tərk edəcəyi ilə bağlıdı.
Komandanın baş məşqçisi Kreyq Şekspir bu barədə "The Telegraph"a açıqlamasıyla məsələyə, demək olar ki, aydınlıq gətirib: "Futbolçularımız unikal insanlardı. Biz qeyri-adi komada formalaşdırmışıq. Ambisiyalı, qalmaqallı olanları varsa belə, heç biriylə problemim yoxdur. Onlar böyük klubda oynadıqlarını və qarşılığında yaxşı şərtlərlə təmin olunduqlarını gözəl bilirlər.
Yayılan xəbərlərin məqsədi mənə məlum deyil. "Lester" liderlərini göndərmək istəmir. Düzdü, agentlər qapımızı tez-tez döyür, ancaq biz əsas oyunçularımızı buraxmaq fikrində deyilik".
| Paylaş: