')

Bu gün:


FutbolPress.Az | Ronaldo kimi oynayacaq “Qəbələ”li (VİDEO)

Ronaldo kimi oynayacaq “Qəbələ”li (VİDEO)


oxunma sayı: 590 Paylaş:

FutbolPressÖtən gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qəbələ” öz meydanında “İnter”i qəbul etdi. Matçı media tribunanın önündən izləyənlər arasında klubun akademiyasında futbolun sirlərinə yiyələnən bir azyaşlı da var idi - Məhəmməd Quliyev.

Matçın gedişində onunla söhbət etdik. Məlum oldu ki, sağ cinah yarımmüdafiəçisi mövqeyini seçən futbolçu gələcəkdə Avropanın aparıcı klublarında oynamaq arzusundadır. O, Kristiano Ronaldo və Filip Ozobiçi özünə nümunə götürür.

Söhbətimizi videoya köçürmək istədiyimi deyəndə əvvəlcə utandı, razılaşmaq istəmədi, “Ronaldo 100 minlərin qarşısında futbol oynayır, sən niyə bir telefonun kamerasına danışmaqdan çəkinirsən?” zarafatımdan sonra razılıq verdi.

Əsas məqsəd gələcəyini futbolçu olaraq quracaq, karyerası olacaq bir uşağın artıq bu yaşdan kameralara, müsahibə verməyə öyrəşməsinə töhfə idi. Sualları isə daha “yaşlı” formada, iddialı etdim, qoy, indidən özünü peşəkar, iddialı bir futbolçu kimi hiss etsin.

Belə ki, bizdə ən böyük problem məhz budur...





Faiq Tahirov


oxunma sayı: 590 | Paylaş:




?>