"Qəbələ"yə gümüş medallar təqdim edildi (VİDEO)
Paylaş:
Azərbaycan Premyer Liqasında 27-ci turun "Qəbələ" - "İnter" (4:3) oyunu "gümüş" və "bürünc"ün taleyinə aydınlıq gətirib. Komandalar müvafiq olaraq, adıçəkilən medallara sahib çıxıblar.
Matçdan sonra mükafatlandırma mərasimi təşkil edilib. Əvvəlcə qonaq komanda "İnter"ə "bürünc" təqdim edilib. Daha sonra isə "Qəbələ"yə gümüş medallar verilib.
Mükafatlandırmadan sonra "Qəbələ" azarkeşləri komandanın baş məşqçisi Roman Qriqorçukdan kubok istəyiblər. Onlar mayın 5-də keçiriləcək kubokun final oyununa uaşrə ilə "Roman Qriqorçuk, kuboku gətir" şüarları səsləndiriblər.
Həlledici oyunda "qırmızı-qaralar"ın rəqibi çempionluq yarışında uduzduqları "Qarabağ" olacaq.
| Paylaş: