')

Bu gün:


FutbolPress.Az | Rəmiş Malıyev: "İnter" fəaliyyətini davam etdirəcək"

Rəmiş Malıyev: "İnter" fəaliyyətini davam etdirəcək"


oxunma sayı: 361 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında 27-ci turun "Qəbələ" - "İnter" (4:3) oyunundan sonra qonaq komandaya AFFA tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndə Rəmiş Malıyev keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırdı.

- Oyunla bağlı fikirləriniz?
- Bizim üçün oyunun taleyi bəlli idi. Futbolçularda az da olsa, rahatlıq hiss olunurdu. Meydanda açıq oyun getdi.

- "İnter"in bundan sonrakı aqibətinin necə olacağı bəllidir?
- Komanda fəaliyyətini davam etdirəcək. Çalışacağıq ki, bu səviyyəni saxlayaq.

- Komandanın bu mövsümkü nəticəsini necə qiymətləndirirsiz?
- Bu mövsüm "İnter"in çıxışını müsbət dəyərləndirirəm. Komanda daxili qeyri-stabillik komandanın oyununa təsir etməyib. Komanda həmişə necə oynayıbsa, bu mövsüm də o cür çıxış etdi.

- "İnter"in bir çox futbolçusunun adı başqa komandalarla hallanır...
- Müqaviləsi sona çatan futbolçuların danışıqlar aparması normaldı. Biz də danışıqlara başlamışıq. Çalışacağıq heyəti qoruyaq. Hhesab edirəm ki, danışıqların nəticəsi müsbət olacaq.

- Komandada maaş problemi həll edilib?
- Keçən həftə fevral ayının maaşı verildi. AFFA idarəçiliyi götürdükdən sonra hər ay maaş verilir. Mayın 10-da martın ödənişləri ediləcək.


oxunma sayı: 361 | Paylaş:




?>