"Gümüş medal o qədər də şirin gəlmir" - Rəşad Sadiqov
Paylaş:
"Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Azərbaycan Premyer Liqasının 27-ci turunun "İnter"lə oyunundan (4:3) sonra təşkil edilən brifinqdə jurnalistlərin suallarını cavablandırdı:
- Çempionluq uğrunda mübarizə aparsaz da, sonda 2-ci ola bildiz...
- ilk dəfədir ki, “Qəbələ” 2-ci pillənin sahibi olur. Amma üzgünük ki, çempionluğu əldən verdik. Sona 3-4 tur qalmış çempionluq mübarizəsindən qopduq. Çempionluğun əlimizdən çıxmasına görə çox üzgünük.
- Çempionluq yolunda hansı oyunu qırılma nöqtəsi hesab edirsən?
- Deyərdim ki, bir-neçə belə oyunumuz oldu. Bunlardan biri AZAL-la qarşılaşma idi. Həmin oyunda son dəqiqədə qol buraxdıq. Sonra “Zirə” ilə oyunda da xal itirdik. Bir çox oyunlarda qol şanslarımız çox olsa da, istifadə edə bilmədik və xallar itirdik. Bu da bizi çempionluqdan uzaqlaşdırdı.
- Çempionluğu əldən verməyinizdə hakimlərin nə dərəcədə rolu var idi?
- 3-4 oyunda belə halla üzləşdik. Hakimlər bir neçə matçda kobud səhvə yol verdilər. Amma öz səhvlərimiz də az deyildi. Elə oyunlar var idi ki, mütləq qələbə qazanmalıydıq, amma xal itirdik.
- Gümüş medal boynundadır: şirin gəlir, yoxsa qızıl istəyərdin?
- Əlbəttə, “gümüş” o qədər də şirin gəlmir. Yenə də deyirəm: ilk dəfə idi gümüş medal qazanırdıq, amma hədəfimiz “qızıl” idi. Bu baxımdan pis təsir edir.
- Kuboku qazanmaqla bunu kompensasiya edə bilərsiz?
- Əlimizdən gələni edəcəyik ki, kuboku qazanaq.
- Bu gün yenə ərkəz müdafiəçisi kimi oynayırdın...
- Baş məşqçinin qərarıdır. Bu, mənim işimdir: harda istəsələr orda oynayaram. Məşqçiyə demişəm ki, qapı və hücumdan başqa hara istəyir, qoysun. Hər bir futbolçu profesional olmalıdır və bir neçə mövqedə oynamağı bacarmalıdır.
- Bir çox oynlarda qol da vurmusan. Niyə hücumda oynamaq istəmirsən?
- Sırf hücumçu mövqeyində oynaya bilmərəm.
| Paylaş: