"Çempionluğun hansı oyunda əldən çıxdığını demək çətindi" - Roman Qriqorçuk
Paylaş:
Azərbaycan Premyer Liqasının 27-ci turunun “Qəbələ” – “İnter” oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə matç barədə fikirlərini bildirdi:
"Qalib gəldik. Düşünürəm ki, haqlı qalibiyyət idi. Bununla da ikinci pilləni rəsmiləşdirdik".
- Çempion olmaq üçün “Qəbələ”yə nə çatmadı?
- Çempion olmaq üçün ən yüksək səviyyədə olmalıydıq. Tam analiz etməyə çox vaxt lazımdı. Öz aramızda komanda daxilində etmişik. Aydın görünən bir şey var ki, çempion olmaq üçün heç-heçə oynadığımız oyunları qalibiyyətlə başa vurmalı idik. Həmin görüşlərdə onlarla qol epizodları yaratdıq, ancaq fərqlənə bilmədik. Bu isə bizim günahımızdı.
- Kubokun finalı barədə nə düşünürsüz?
- Final oynlarında favorit olmur. Bu turnirin özünəməxsusluğu var. Sadəcə düzgün oynamaq lazımdı. Əlbəttə, şanslarımız var. Qalib gəlmək uğrunda mübarizə aparacağıq.
- Bütün rəqibləriniz sizinlə açıq futbol oynasalar, nəticə daha fərqli ola bilərdimi?
- Yox, əslində elə deyil. İdmanda əsas nəticədi. “Qəbələ” haqda çox gözəl sözlər deyə bilərəm. Bu mövsümü yaxşı keçirdik. Öz tərzimizi yaratdıq. Ciddi futbol oynayırıq. Bu haqda danışa bilərik və bunları da nailiyyət hesab edə bilərik, amma əsas nəticədi. Yaxşı oyunlarımız çox idi. Lakin həmin matçlarda xallar itirdik. Həyat belədi. Oyun yox nəticə önəmlidi. Mən istəyirəm ki, biz ideallığa nail olaq. Güclü futbol oynayaq və nəticə əldə edək.
- Çempionluğun hansı oyunda əldən çıxdığını düşünürsüz?
- Konkret hansı oyunda çempionluğun əldən getdiyini demək çətindir. Liqada 28 oyun var. Qalib gəlməli olduğumuz görüşlərdə xal itirdik. Belə halda biz məsələyə tam yanaşmalıyıq. Sadəcə bir oyunla müəyyən etmək olmaz.
- Bir sıra ilklər sizin adınızla bağlıdı. Sizin klubdaki taleyiniz kubok finalından aslıdı?
- İnkişaf etmək lazımdı. Bu həmişə lazım olan xüsusiyətdi. Tarixi nəticə qazandıq. “Qəbələ” ilk dəfə gümüş medal qazandı. Stadionda həddindən çox sakitlik var idi. Mən futbol karyeramda hələ belə şeyə rast gəlməmişdim. Bir anda elə bir sakitlik var idi ki, anlamırdım bu futbol matçıdı, yoxsa... Əlbəttə, azarkeşlərə təşəkkür edirəm, gəlib dəstək oldular. Bunu izah edə bilmirəm. İnkişaf etmək mütləqdi. Mənim üçün futbol sadəcə oturub işləmək deyil. Perspektivləri görmək lazımdı. Rəhbərlik nə istəyir növbəti məqsədlərimiz nədi və s. Bu yolda mübarizə aparmaq lazımdı.
| Paylaş: