')

Bu gün:


FutbolPress.Az | Zaur Svanadze: "Qolları rəqibə hədiyyə etdik"

Zaur Svanadze: "Qolları rəqibə hədiyyə etdik"


oxunma sayı: 173 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 27-ci turunun “Qəbələ” – “İnter” (4:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

"Düzü, bizə ilk hissədə çox çətin idi. Məğlubiyyətə hazır gəlmişdik. Komandamızda itkilər çoxdur və zədələr imkan vermir. Uşaqlar yorğun idi. Buna baxmayaraq, son nəticədən məmnunuq. Bürünc medal qazanmaq yaxşı göstəricidir. Növbəti oyuna hazırlaşacağıq. Sonrası nə olacaq, ona da baxarıq".

- Bu görüşü mövsümün oyunu adlandırmaq olar? Çünki hələ belə açıq futbol gedən qarşılaşma olmamışdı...
- Hesab etmək olar. Komandam çox rahat oynadı. Açıq, maraqlı oyun getdi. 4 qol buraxmaq istəməzdik. Buraxılan qolları demək olar ki, hədiyyə etdik. “Qəbələ”nin daha yaxşı epizodları da var idi. Onlıar da, biz də daha artıq qol vura bilərdik. Düşünürəm ki, müəyyən çatışmazlıqlar yorğunluqla bağlıdı.

- Futbolçularınızın çoxunun komandanı tərk edəcəyi deyilir? Bu barədə fikriniz nədi?
- Futbolçularımı istəyirlər. Nizami Hacıyev 99 faiz “Neftçi”dədi. Deyilənə görə, Səlahət Ağayev artıq yeni komandası ilə müqavilə bağlayıb. Bəzi futbolçular dəqiq gedəcək. Unutmamışdan qabaq təşəkkür etmək istəyirəm. Bu işi Georgi Nikolov başladı. Ondan sonra gələn bütün rəhbərlər komanda üçün çalışıb. Hamı əziyyət çəkib. Ümid edirəm, vəziyyət düzələcək və bundan daha yaxşı olacaq.

- Bəs sizin özünüzə təklif varmı?
- Xeyr, yeni təklif yoxdur.


oxunma sayı: 173 | Paylaş:




?>