')

Bu gün:


FutbolPress.Az | Zirə stadionunda projektor problemi: texniki qüsur sayılacaq? (AÇIQLAMA)

Zirə stadionunda projektor problemi: texniki qüsur sayılacaq? (AÇIQLAMA)


oxunma sayı: 397 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVII turunda "Zirə" öz meydanında "Neftçi"ni qəbul edib. Oyunda qalib müəyyənləşməyib - 2:2.

Matçda qeyri-adi hal yaşanıb. Görüşün sonlarına doğru artıq hava qaralmağa başlasa da, Zirə Olimpiya Kompleksinin stadionunda projektorlar yandırılmayıb. Bu isə görüntünün məhdudlaşmasına səbəb olub.

Məsələ ilə bağlı matçın AFFA nümayəndəsi Rauf Hüseynlinin fikrini öyrəndik. O bildirdi ki, bu, texniki qüsur kimi qeyd edilməyəcək:

"Burda problem yoxdur. Görüntü ilə bağlı hər hansı çətinlik əmələ gəlməyib. Projektor yandırılmasa da, stadion işıqlı idi. Bunu texniki qüsur kimi qeyd etməyəcəyik".





oxunma sayı: 397 | Paylaş:




?>