')

Bu gün:


FutbolPress.Az | Ayxan Abbasov: "Bu, istənilən məşqçinin başına gələ bilər"

Ayxan Abbasov: "Bu, istənilən məşqçinin başına gələ bilər"


oxunma sayı: 241 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XXVII turun “Zirə” – “Neftçi” (2:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

"Bu oyuna çox ciddi hazırlaşmışdıq. Qarşılaşmanın mahiyyətini anlayırdıq. Bu görüşdən məğlub ayrılsaydıq, şanslarımız xeyli azalacaqdı. Tam səfərbər olmuşduq. Doğrudu, qarşıda daha 1 oyunumuz qalır. Ancaq bugünkü matç olduqca böyük önəm kəsb edirdi".

- Avrokubok perspektivləri barədə rəhbərliklə müzakirələr aparmısınızmı?
- Qarşıda daha bir oyunumuz qalıb. AZAL ciddi rəqibdi. Bu gün də bunu göstərib. Əvvəlcə vəsiqəni təmin edək, sonra rəhbərliklə bu barədə fikir mübadiləsi aparacağıq.

- Əvvəlcədən bilsəydiz ki, rəqib limiti pozur, Elxan Abdullayevi xəbərdarlıq edərdiz?
- Öncə onu qeyd edim ki, bu hal istənilən məşqçinin başına gələ bilər. Elxan Abdullayevə hörmətim hədsizdi. Ancaq yalandan nə deyim? Bilmirəm. Sualı indi verdiniz, yalnız indi düşündüm. Bilmirəm.


oxunma sayı: 241 | Paylaş:




?>