')

Bu gün:


FutbolPress.Az | "Neftçi"yə texniki məğlubiyyət veriləcək - PFL rəsmisi təsdiqlədi

"Neftçi"yə texniki məğlubiyyət veriləcək - PFL rəsmisi təsdiqlədi


oxunma sayı: 1107 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVII turunda "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşır.

"Ağ-qaralar"a bu oyunda texniki məğlubiyyət veriləcək. Səbəb komandanın legioner limitini pozmasıdır.

Məsələ burasındadır ki, "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev hazırda davam edən qarşlaşmada meydana 7-ci legioneri buraxıb. O, Ruslan Abışovu çıxararaq yerinə Hüqo Barqası daxil edib.

Eyni anda 7 legionerin olması isə qaydalara ziddir və kluba texniki məğlubiyyətin verilməsinə səbəb olacaq.

Bina Peşəkar Futbol Liqasından rəsmi münasibət öyrəndik. Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bildirdi ki, məsələ dəqiqləşdiriləcək və əgər həqiqətən belə olubsa, kluba texniki mməğlubiyyət veriləcək:

"Bəli, bu, qaydalara ziddir. Amma əvvəlcə dəqiqləşdirmək lazımdır. Oyunun protokoluna baxdıqdan sonra qərar qəbul ediləcək. Qaydaya görə, eyni vaxtda meydanda 5 yerli futbolçu olmalıdır. Bunun pozulması texniki məğlubiyyət verilməsiylə cəzalandırılır".


oxunma sayı: 1107 | Paylaş:




?>