')

Bu gün:


FutbolPress.Az | "Barselona"nı məğlub etmək hələ çempionluq demək olmayacaq"

"Barselona"nı məğlub etmək hələ çempionluq demək olmayacaq"


oxunma sayı: 188 Paylaş:

FutbolPressİspaniya La Liqasının 33-cü turunda "Real" "Barselona"nı qəbul edəcək. Madrid klubunun çalışdırıcısı Zinəddin Zidan "El Klasiko" öncəsi fikirlərini bildirib.

O, qazanılacaq qələbənin çempionluğun taleyinə aydınlıq gətirməyəcəyini deyib:

"Barselona"nı məğlub etmək hələ çempionluq demək olmayacaq. Bu, sadəcə, bir oyundu. Bu qarşılaşmadan sonra daha 6 matç olacaq. Hər oyunda olduğu kimi bu oyundan da 3 xalla ayrılmağı hədəfləmişik. Bu cür oyunlarda nə olacağını əsla təxmin edə bilməsiz. İlk oyunda uzatma dəqiqələrində məğlubiyyətdən xilas olmuşduq”.

"Real" - "Barselona" oyunu bu gün saat 22:45-də start götürəcək.


oxunma sayı: 188 | Paylaş:




?>