"El Klasiko": ehtimal olunan heyətlər
Paylaş:
Sabah İspaniya La Liqasının 33-cü turunda "Real" və "Barselona" arasında növbəti "El Klasiko" keçiriləcək.
Azarkeşlərin ən çox maraqlandığı komandaların hansı start heyətlərlə başlayacağıdır. Avropa mətbuatı artıq ehtimal olunan start "11-lik"lərini dərc edib.
Hər iki komandanın heyətində itkilər var. "Kral klubu"nda Varan və Pepe zədə səbəbindən vacib matçı buraxacaqlar. Kataloniyalıların itkiləri isə daha çoxdur. Aleyş Vidalla Rafinya zədəli olduqları üçün oynamayacaqlarsa, Neymar cəza səbəbindən "El Klasiko"nu kənardan izləməli olacaq.
Ehtimal olunan heyətlər:
"Real": Navas; Carvahal, Ramos, Naço, Marselo; Kroos, Kasemiro, Modriç; Byl, Benzema, Ronaldo.
"Barselona": Ter Ştegen; Roberto, Pike, Umtiti, Alba; Rakitiç, Buske, İnyesta; Alkaser, Suares, Messi.
| Paylaş: