')

Bu gün:


FutbolPress.Az | "Qalatasaray"dan Balotelli açıqlaması: transfer edilir?

"Qalatasaray"dan Balotelli açıqlaması: transfer edilir?


oxunma sayı: 286 Paylaş:

FutbolPress"Qalatasaray"ın prezidenti Dursun Özbek Mario Balotellinin transfer ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

O, ötən il Zlatan İbrahimoviçlə bağlı oxşar xəbərlərin yayıldığını xatırladaraq, bu cür informasiyaların həqiqəti əks etdirmədiyini deyib:

"Mətbuatda Balotelli ilə bağlı xəbərlər çıxır. Bunlar İbrahimoviçlə bağlı xəbərlərə bənzəyir. İbrahimoviçlə Balotellinin meneceri eyni şəxsdi. Bu cür şeylər reklam üçün edilir. Ötən mövsüm İbrahimoviçlə bağlı xəbərlərə görə çox əziyyət çəkdik. Biz də bir qədər təcrübəsiz idik. Bu dəfə əvvəldən deyim - bizim Balotelli üçün heç bir transfer planımız yoxdu".


oxunma sayı: 286 | Paylaş:




?>