')

Bu gün:


FutbolPress.Az | AZAL Premyer Liqada qalacaq? - AFFA prezidenti açıqladı

AZAL Premyer Liqada qalacaq? - AFFA prezidenti açıqladı


oxunma sayı: 484 Paylaş:

FutbolPress"Gələn mövsüm Azərbaycan Premyer Liqasında neçə komandanın iştirak edəcəyinə dair qərar hələ verilməyib".

Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, lisenziya ala bilən klubların hamısı 2017-2018 mövsümündə Premyer Liqada iştirak edəcəklər.

Abdullayev elitada sonuncu yeri tutan AZAL-ın I Diviziona enib-enməyəcəyi barədə məsələyə də münasibət bildirib: "Bu məsələyə baxacağıq. Yəqin ki, axırıncı yeri tutan komanda Premyer Liqanı tərk edəcək. I Diviziondan gələn olsa, AZAL elitanı tərk edəcək. Hələlik neçə komandanın gələcəyi bilinmir".

Hazırda Premyer Liqada 8 komanda mübarizə aparır. I Divizionda isə "Turan Tovuz" çempion olaraq yüksək liqaya vəsiqə qazanıb. (Report)


oxunma sayı: 484 | Paylaş:




?>