')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" bu göstəricidə dünya 6-cısıdı

"Qarabağ" bu göstəricidə dünya 6-cısıdı


oxunma sayı: 445 Paylaş:

FutbolPressDünya klublarının milli çempionatlarda nümayiş etdirdiyi ən uzun seriyaların siyahısı açıqlanıb. Müxtəlif göstəricilər üzrə açıqlanan “onluq”larda Azərbaycan təmsilçiləri də yer alıb.
 
Onlar arasında “Qarabağ”ın ev oyunları ilə bağlı seriyası xüsusi diqqət çəkir. Həftəsonu mövsümdə sonuncu dəfə öz meydanına çıxacaq Ağdam klubuna qonaqlardan heç biri 2 qol vura bilmir.
 
Evdə 2 və ya daha çox qol buraxmayan Qurban Qurbanovun yetirmələrinin bu seriyası 1 il 4 aydı davam edir. Maraqlıdı ki, “Qarabağ”ın meydanında 2 qola sevinən sonuncu komanda Premyer Liqanın XXVII turundakı rəqib “Sumqayıt”dı.
 
“Gənclik şəhəri” təmsilçisi 2015-ci il dekabrın 16-da 2:2 hesablı səfər heç-heçəsinə sevinib. Artıq çempionluğu təmin edən və oyun sonrası qızıl medalları təqdim olunacaq ağdamlılar 23 matçdı bu seriyasını davam etdirir. 23 görüşdən 6-da 1 top buraxıb, 17-də qapısını toxunulmaz saxlayan “Qarabağ” dünyanın 6-cı komandasıdı.
 
Yüksək liqa təmsilçilərindən yalnız 5-i daha uzun müddətdi evdə 2 qol buraxmır. 1-ci pillədə Yunanıstan “Olimpiakos”udu. Ellada təmsilçisi 39 görüşdü öz meydanında qonaqlara 1-dən artıq qol şansı vermir. İtaliya “Yuventus”u 37 matçlıq seriyaya məxsusdu. “Ağ-qaralar” burada ikincidi. “Sumqayıt”la görüşdə seriyanı davam etdirəcəyi halda, təmsilçimiz eyni siyahıda yer aldığı bu adlı-sanlı klublarla böyük fərqi bir az “əridəcək”.
 
Daha 3 komanda “Qarabağ”dan öndədi. Makedoniya “Vardar”ı 30, Əlcəzair “Saura”sı və Avstriya “Zalsburq”u 27 oyundu qonaqları “2”yə də layiq görmür. (Apasport)


oxunma sayı: 445 | Paylaş:




?>