"Qəbələ" - "İnter" matçının vaxtı dəyişdirildi
Paylaş:
Azərbaycan Premyer Liqasının XXVII turunun “Qəbələ” – “İnter” görüşünün tarixi dəyişdirilib. Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 23 apreldə deyil, 24 apreldə keçirilməsinə qərar verib. Görüşün start fiti 24 aprel saat 14:30-da veriləcək və qarşılaşma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Buna səbəb komandalara medalların təqdim edilmə ehtimalıdır. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara medallar təqdim oluna bilər.
| Paylaş: