')

Bu gün:


FutbolPress.Az | Qiqorçuk Latviya millisindən niyə imtina edib?

Qiqorçuk Latviya millisindən niyə imtina edib?


oxunma sayı: 304 Paylaş:

FutbolPressMilli komandanın baş məşqçi postuna Aleksandr Starkovu gətirən Latviya Futbol Federasiyasının baş katibi Yanis Mezeckis yığmaya namizədlər arasında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun da adının olduğunu bildirib.

Ancaq Qriqorçuk təklifi qəbul etməyib. Buna səbəb mütəxəssisin özünü klubda daha rahat hiss etməsi olub. Bu barədə Mezeckis məlumat verb:

“Düzdür, latviyalı məşqçinin olması hamımızın ilk istəyi idi. Biz Azərbaycanın “Qəbələ” klubunu iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış Roman Qriqorçukla da danışdıq. Lakin söhbətimiz yarımçıq qaldı. Onun “Dauqavpils”də və “Ventsplis”də gördüyü işlərə hörmətimiz var. Amma Qriqorçuk bildirdi ki, özünü klubda daha yaxşı hiss edir, nəinki milli komandada”.


oxunma sayı: 304 | Paylaş:




?>