')

Bu gün:


FutbolPress.Az | "İki oyunda "Barselona"dan qol buraxmamaq inanılmazdır"

"İki oyunda "Barselona"dan qol buraxmamaq inanılmazdır"


oxunma sayı: 82 Paylaş:

FutbolPressÇempionlar Liqasının 1/4 final mərhələsində ilk oyunda 3:0 qalib gəln "Yuventus" səfərdə "Barselona" ilə 0:0 hesablı heç-heçə etməklə növbəti mərhələyə adlayıb. Matçdan sonra keçirilən mətbuat konfransında Turin klubunun baş məşqçisi assimilyano Alleqri fikirlərini bildirib.

O, "Barselona"dan iki oyunda qol buraxmamağın inanılmaz olduğunu deyib:

"Sadəcə möhtəşəm "Yuventus" növbəti mərhələyə bu şəkildə yüksələ bilərdi. Onlara çox az şans verdik. Əla müdafiə olunduq və 95 dəqiqə konsentrasiyanı saxladıq. İrəli çıxanda daha soyuqqanlı oynamaq olardı, Bunun üzərində çalışacağıq.

Hər kəs yaxşı oynadı, xüsusən də mərkəz müdafiəçiləri. Sonradan daxil olan Barzaqli də daxil olmaqla. "Barselona" ilə iki matçda qapını toxunulmaz saxlamaq inanılmazdır. Amma bunun mümkünlüyünü sübut etdik.

Hələ bir şey qazanmamışıq. Bu, Kardiffə doğru sadəcə daha bir addım idi. Bazar günü önəmli matçımız var, indi çalışmağa qayıtmalıyıq".


oxunma sayı: 82 | Paylaş:




?>