')

Bu gün:


FutbolPress.Az | Avropa Liqası: yarımfinalçılar məlum oldu  (YENİLƏNİB)

Avropa Liqası: yarımfinalçılar məlum oldu (YENİLƏNİB)


oxunma sayı: 265 Paylaş:

FutbolPressBu gün Avropa Liqasında yarımfinalçılar müəyyənləşib. 1/4 final mərhələsinin cavab oyunlarından sonra turnirin ən yaxşı 4 komadasının adına aydınlıq gəlib.

Azərbaycanlı azarkeşlər üçün böyük maraq kəsb edən matç İstanbulda keçirilib. İlk oyunda "Lion"a 1:2 hesabı ilə uduzan "Beşiktaş" doğma azarkeşlər önündə eyni hesabla qalib gəlib. Əlavə yarım saatda da hesab dəyişməyincə penaltilər seriyasına keçilib. Burda daha dəqiq olan fransızlar mərhələ adlayıblar -7:6.

Belçikada "Anderlext"lə 1:1 hesablı heç-heçə edən "Mançestser Yunayted" ev oyununda da çətinliklə üzləşib. Əsas vaxtı 161 başa çatan matçın əlavə vaxtında 2-ci qolu vuran "mankunianlar mərhələ adlayıblar.

Hollandiyada "Ayaks"a 0:2 uduzan "Şalke" öz meydanında bu geriliyi aradan qalıdra bilməyib. "Gelzenkirxenlilər" əsas vaxtda 2:0 qalib gəlib matçı uzatmalara aparsalar da, sonra üzülən ərəf olublar. 120 dəqiqənin sonunda qeydə alınan 3:2 hesabı "Ayaks"ı yarımfnala daşıyıb.

Evdə "Genk"ə 3:2 hesabı ilə qalib gələn "Selta" isə səfərdə sərfəli nəticə qazanıb. 1:1-lik brabərlik ispanlarayarımfinal üçün kifayət edib.

Avropa Liqası, 1/4 final, cavab oyunları
20 aprel (cümə axşamı)


23:05. “Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa) 2:1 (penaltilər: 6:7)
Qol:
Taliska, 27, 58 - Lyakazette, 34
Baş hakim: Milorad Majiç (Serbiya)
İlk oyun – 1:2

23:05. “Şalke” (Almaniya) - “Ayaks” (Hollandiya) 3:2
Qollar:
Qoretzka, 53, Buürqştaller, 56, Kalugiri, 101 - Virgever, 111, Yunis, 120
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
İlk oyun – 0:2

23:05. “Genk” (Belçika) – “Selta” (İspaniya) 1:1
Qollar:
Trossard, 68 - Sisto, 63
Baş hakim: Uilyam Kollam (Şotlandiya)
İlk oyun – 2:3

23:05. “Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika) 2:1
Qollar:
Mxitaryan, 10, Reşford, 107 - Hanni, 32
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
İlk oyun – 1:1


oxunma sayı: 265 | Paylaş:




?>