')

Bu gün:


FutbolPress.Az | "Mövsümün tez başa çatması klublar üçün yaxşı fürsətdir" (AÇIQLAMA)

"Mövsümün tez başa çatması klublar üçün yaxşı fürsətdir" (AÇIQLAMA)


oxunma sayı: 437 Paylaş:

FutbolPressMayın 5-də Azərbaycan kubokunun final oyunu ilə ölkədə futbol mövsümü başa çatır.

Mövsümün belə tez başa çatması klubların hazırlığına necə təsir edəcək? Bunun müsbət, yoxsa mənfi məqamları daha çoxdur?

Futbol mütəxəssisi Ağasəlim Mircavadov “FutbolPress”ə açıqlamasında bunun klublar üçün mənfi olmayacağını bildirdi və düzgün istifadə edilməsinin vacibliyini qabartdı:

“Fasilənin uzunluğu klublara mənfi təsir etməyəcək. Ən azından istirahətin müddəti və hazırlaşmaq üçün vaxt daha çox olacaq. Ancaq iyunda milli komandanın vacib oyuna çıxması klublara təsirsiz ötüşməyəcək. Xüsusilə avrokuboklarda oynayan komandaların oyunçuları düşərgədə olacaqlar. Bu baxımdan istirahət müddətinin çox da uzun olduğunu demək olmaz. Bir çox futbolçular millinin 20 günlük toplanışına çağırılacaqlar. Ancaq istənilən halda mövsümün belə tez başa çatması klublar üçün yaxşı fürsətdir. Onların hazırlaşmaq, komandadakı çatışmazlıqları görmək, yeni transferləri müəyyənləşdirmək, yoldaşlıq oyunları keçirmək üçün vaxtları çox olacaq. Hansı ki, adətən hazırlıq vaxtının az olmasından şikayətlənirdilər və bu dəfə onlara yaxşı imkan düşüb. Qalır bundan düzgün yararlanmaq”.

Bəs bu müddətdən necə düzgün istifadə edilməlidir? - Ağasəlim bəy təcrübəsini bölüşdü:

“Mən məşqçi işləyəndə adətən çempionat mayın axırı başa çatırdı və avrokuboklarda iştirak edəcək komandalar təxminən 2 həftə hazırlıq keçə bilirdilər. İndi isə daha imkan çox olacaq. Əgər komanda 6-7 həftə yaxşı hazırlıq keçsə, qışa qədər ideal formada olacaq. İstirahətin çox olması çəki məsələsində problem yarada bilər. Mən oyunçuları istirahətə buraxanda çəkilərini götürürdüm, əgər onlar qayıdanda artım görürdümsə, cərimələyirdim. Ancaq indi bizdə belədir ki, oyunçu istirahətə buraxılan kimi başlayır yeyib-içməyə. Belə olmamalıdır. İstirahəti də aktiv keçirmək lazımdır. Futbol olmasa da, hansısa başqa idman növləriylə – tennis, üzgüçülük və s. məşğul olmalıdılar ki, formanı qoruya bilsinlər. Klublar bunlara diqqət eləsələr, fasilə müddətinin uzunluğu müsbət haldır”.


oxunma sayı: 437 | Paylaş:




?>