')

Bu gün:


FutbolPress.Az | "Milan" və "İnter"in transfer hədəfləri (SİYAHI)

"Milan" və "İnter"in transfer hədəfləri (SİYAHI)


oxunma sayı: 399 Paylaş:

FutbolPress"Milan" və "İnter"in çinli sahibləri komandalara yeni mövsüm üçün ciddi investisiya ayırmağı planlaşdırır. 2017/2018-ci il mövsümündə A seriyasından Çempionlar Liqasında 4 komandanın iştirakı dəqiqləşərsə, sözügedən klubların rəhbərləri transferlər üçün ciddi məbləğdə pul ayıracaqlar. "Milan"ın yeni rəhbərliyi komandaya 130, "İnter"in rəhbərliyi isə 150 milyon avro ayırmağı planlaşdırır.

"Milan" rəhbərliyi yeni mövsüm üçün Alvaro Morata, Kərim Benzema, Mateo Kovaçiç (hamısı "Real"), Pyer-Emerik Obameyanq ("Borussiya), Aleksandr Lakazett ("Lion"), Mateo Mussako ("Vilyareal") və Daniel de Rossini ("Roma") heyətinə qatmağı planlaşdırır. 

"İnter"in siyahısında "Milan"a nisbətən daha az futbolçu var. Komanda Fabinyo ("Monako"), Andrea Petano ("Atalanta"), Kostas Manolas ("Roma"), Markinyos (PSJ) və Stefan de Vrey ("Latsio") kimi futbolçuları transfer etmək istəyir.


oxunma sayı: 399 | Paylaş:




?>