')

Bu gün:


FutbolPress.Az | "Bavariya" futbolçuları Kaşşaiyə hücum ediblər

"Bavariya" futbolçuları Kaşşaiyə hücum ediblər


oxunma sayı: 287 Paylaş:

FutbolPressÇempionlar Liqasının 1/4 finalının "Real"la "Bavariya" arasında keçirilən cavab matçından sonra insident yaşanıb. Madrid klubunun 4:2 qalib gələrək mərhələ adladığı oyundakı hakim səhvləri münhenlilərin narazılığına səbəb olub.

Oyun başa çatdıqdan sonra "Bavariya"nın bir neçə oyunçusu hakimlərin yerləşdiyi otağa gələrək onları təhqir ediblər. Polis insidentin böyüməsinin qarşısını alıb.

"Real" - "Bavariya" oyununda referi Viktor Kaşşainin idarəçiliyi müzakirələrə səbəb olub. Onun Vidala göstərdiyi qırmızı vərəqə və Ronaldonun ikinci qolunda ofsaydı qeydə almaması mübahisəli epizodlar kimi dəyərləndirilib.


oxunma sayı: 287 | Paylaş:




?>