')

Bu gün:


FutbolPress.Az | "Yuventus"və "Monako" yarımfinalda!  (YENİLƏNİB)

"Yuventus"və "Monako" yarımfinalda! (YENİLƏNİB)


oxunma sayı: 250 Paylaş:

FutbolPressBu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Yarımfinala vəsiqə uğrunda son oyun günündə iki matç keçirilib.

İlk oyunda rəqibinə 3:0 hesabı ilə qalib gələn "Yuventus" "Barselona"nın qonağı olub. 1/8 finalda möcüzə reallaşdırıb, ilk oyunda 4:0 yenildiyi PSJ-ni cavab matçında 6:1 məğlub edərək mərhələ adlayan Kataloniya klubu bu dəfə bunu bacamayıb. "Yuventus" səfər matçında 0:0 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.

Dortmund "Borussiya"sı isə səfər ilk matçda 2:3 yenildiyi "Monako" ilə qarşılaşıb. Fransızlar bu dəfə də qalib gələn tərəf olub - 3:1.

Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
19 aprel

22:45. "Barselona” (İspaniya) - "Yuventus” (İtaliya) 0:0

Baş hakim: Byorn Keypers (Hollandiya)
İlk oyun – 0:3

22:45. Monako (Fransa) – Borussiya (Dortmund, Almaniya) 3:1
Qollar:
Mbappe, 3, Falkao, 17, Jermen, 81 - Roys, 48

Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 3:2.


oxunma sayı: 250 | Paylaş:




?>