Rəqibləri zədələndi: Mahmudov ilk "11-lik"də oynayacaq?
Paylaş:
Azərbaycan millisinin üzvü Emin Mahmudov üçün Portuqaliyanın "Boavişta" klubunun start heytində oynamaq şansı yaranıb. Bu barədə "Abola" məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı yarımmüdafiəçi XXX turda "Gimaraynş"la səfər qarşılasımasında ilk "11-lik"də yer ala bilər. Buna əsas heyət üzvləri Fabiu Eşpinyu və İdrissa Mandyanqın zədələnməsi səbəb olub. Onların yoxluğunda baş məşqçi Migel Leal Mahmudov və Karrasaya şans verəcək.
Aprelin 23-də keçiriləcək "Gimaraynş" - "Boavişta" oyunu gecə yarı başlayacaq.
| Paylaş: